Fransa Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqının altı təşkilatı iyunun 2-də “Quai d'Orsay” tədricən yoxa çıxır” şüarı ilə tətilə çağırış edib. Tətilə “islahatlar uçqunu”, yəni Fransa diplomatik korpusunun fəaliyyətinin dayandırılmasına narazılıq səbəb göstərilir.
Teleqraf.com xəbər verir ki, ölkənin həmkarlar ittifaqının rəhbəri Olivye dö Silva Fransa Xarici İşlər Nazirliyinin işçilərinin 2003-cü ildə də tətilə qoşulduqlarını qeyd edib.
2023-cü ilə qədər həyata keçiriləcək islahatlara görə Fransa tarixi diplomatik korpusu və səlahiyyətli müşavirlər artıq fəaliyyət göstərməyəcək. Fransa Prezidenti Emmanuel Makronun islahatlarına görə artıq yüksək səviyyəli dövlət qulluqçuları konkret administrasiyaya bağlı olmayacaqlar. Onlara karyeraları boyu müntəzəm olaraq işlərini dəyişmək təklif olunacaq. Məhz bu islahatlara etiraz əlaməti olaraq diplomat karyerası olan təxminən 700 nəfərə tətilə qoşulmaq üçün çağırış edilib.
Xatırladaq ki, Fransa ABŞ və Çindən sonra dünyada üçüncü ən böyük diplomatik şəbəkəyə malikdir. Rəsmi məlumatlara görə, Xarici İşlər Nazirliyinin 14 minə yaxın işçisi var.