ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, 1990-cı illərdə Rusiyanı NATO-ya dəvət etmək müzakirə olunub, lakin Moskva bunun onların istədikləri kimi olmadığına qərar verib.
Teleqraf.com xəbər verir ki, E.Blinken bunu “The Late Show”nun aparıcısı Stiven Kolbertə verdiyi müsahibə zamanı deyib.
Aparıcı dövlət katibinə Rusiyanı NATO-nun bir hissəsi olmağa dəvət etməyi təklif edib.
“Bilirsiniz, 1990-cı illərdə bu barədə danışıqlar gedirdi... Ruslar qərara gəldilər ki, bu, onların istədiyi nəsnə deyil”, - deyə Dövlət Departamentinin mətbuat xidməti Blinkenin sözlərindən sitat gətirib.
Qeyd edək ki, fevral ayında Rusiya lideri Vladimir Putin vətəndaşlara videomüraciət zamanı Rusiyanın 2000-ci ildə NATO-ya üzv olmaq istəyinə ABŞ-ın reaksiyasından danışıb.
“İlk dəfə deyəcəm: 2000-ci ildə mən Klintondan Amerikanın Rusiyanın NATO-ya qəbuluna necə reaksiya verəcəyini soruşdum, reaksiya çox təmkinli görünürdü”, - Putin deyib.
Onun sözlərinə görə, gələcəkdə amerikalıların bu imkana həqiqətən necə reaksiya verdiyi bəlli oldu.
Eyni zamanda ABŞ-ın keçmiş prezidenti Bill Klinton “The Atlantic” üçün yazdığı köşə yazısında Boris Yeltsin və Vladimir Putinə Rusiyanın NATO-ya üzvlüyünü təklif etdiyini bildirib.
Kreml öz növbəsində xatırladıb ki, Amerika tərəfi bu üzvlüyün mümkünsüzlüyündən dəfələrlə danışıb.