20 May 2022 21:28
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il parlamentdə PKK-nın Suriya qolu YPG üzvləri ilə görüşən İsveç Xarici işlər naziri Ann Linda Türkiyədən sonra PKK-nı terror təşkilatı siyahısına salan ilk ölkə olduqlarını və bu mövqelərinin dəyişmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Linda Tvitter hesabındakı paylaşımında İsveçin PKK-nı terror təşkilatı kimi tanıyan ilk ölkə olduğunu xatırlatmaq istədiyini yazıb.

Qərarın Olof Palme hökuməti dövründə verildiyini qeyd edən Linda 2002-ci ildə Avropa Birliyinin (AB) də belə bir qərar verdiyini xatırladıb.

Türkiyə Prezident Administrasiyası ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fəxrəddin Altun İsveçin baş diplomatına belə cavab verib:

“İsveç PKK-nın davam edən təbliğatını, pul və insan toplama cəhdlərini dayandırmaq üçün heç bir səy göstərmir. İsveç digər hücumlarla yanaşı, Türkiyədə kamikadze hücumları həyata keçirən terrorçuları silahlandırır. Dürüstlük ən yaxşı siyasətdir, gözümüzün içinə baxırsınız, amma yenə də yalan danışırsınız. PKK terror təşkilatını dəstəkləməyə davam edirsiniz. Əgər İsveç həqiqətən də PKK-nı terror təşkilatı kimi tanıyırsa, lazım olanı etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər