20 May 2022 21:58
2 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbassda xüsusi hərbi əməliyyat başlayandan sonra problemlər daha da kəskinləşdi. Rusiyaya qarşı əsl təcavüz başla.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının iclasında prezident Vladimir Putin bildirib.

Rusiya Federasiyasının prezidenti bildirib ki, media, maliyyə institutları, sosial əhəmiyyətli portal və şəbəkələr, o cümlədən hakimiyyət orqanları hücuma məruz qalır.

O, hakerlərin taktikasını belə təsvir edib: “Rusiyanın internet resurslarına giriş bağlanır, informasiya əlçatmaz olur. Eyni zamanda, ən qabaqcıl alqoritmlər və birləşmiş texnologiyalardan istifadə edilir Ölkənin kibertəhlükəsizliyinə qarşı təhdidlərin və çağırışların xarakteri sürətlə dəyişir və bunu nəzərə almaq lazımdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər