28 Noyabr 2014 06:26
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Kəşmir əyalətində silahlılar və hərbçilər arasında baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, onlardan dördü dinc sakinlərdir.

Teleqraf.com-un “Assoşieyted Press”-ə istinadən verdiyi xəbərə görə, Arniya rayonunda başlayan atışma 9 saat davam edib, yaxınlıqdakı kəndin əhalisi təxliyə edilib.

Qeyd edək ki, sentyabrın sonunda və oktyabrda Hindistan-Pakistan sərhədində yerləşən Arniya rayonunda baş vermiş atışma nəticəsində 20 nəfər ölüb, 100 nəfər yaralanıb.


Müəllif:

Oxşar xəbərlər