22 May 2022 08:03
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-i axşam saatlarında Özbəkistanla Qırğızıstan arasındakı “Çeşmə” sərhəd keçid məntəqəsində baş verən avtomobil qəzası doqquz nəfərin həyatına son qoyub.

Teleqraf.com xəbər verir ki, ölənlərin səkkizi Qırğızıstan, biri Özbəkistan vətəndaşıdır. Qəzada 5 nəfər ağır yaralanıb, iki nəfər ambulator yardım aldıqdan sonra evə buraxılıb.

Özbəkistan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Qırğızıstanın Kadamjan rayonundan Özbəkistanın Fərqanə vilayətinə gedən nəqliyyat vasitəsinin əyləc sistemi sıradan çıxdığından sürücü idarəetməni itirib və keçid məntəqəsində növbə gözləyən digər maşınlarla toqquşub.

Qanlı hadisənin səbəbləri araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər