İran Prezidenti İbrahim Rəisi Oman Sultanı Haytam ibn Tarikin dəvəti ilə Maskat şəhərinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, İ.Rəisinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti mehriban qonşuluq diplomatiyası və siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi məqsədilə mayın 23-ü Omana gedəcək.
Oman Sultanı ilə rəsmi görüş, bir sıra əməkdaşlıq müqavilələrinin imzalanması, Omanda yaşayan iranlılar və omanlı iş adamları ilə görüş səfərin gündəliyindədir.