22 May 2022 20:28
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah-ın) komandirlərindən biri, general Həsən Sayad Xodayari bu gün naməlum şəxslər tərəfindən hücum edilərək qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, Sepah-ın yayımladığı məlumata görə, hərəm müdafiəçisi olan H.S. Xodayi terror hücumu nəticəsində paytaxt Tehranın "Mücahidine İslam" küçəsində öldürülüb.

Məlumatda həmçinin qeyd olunub ki, terror edilən H.S. Xodayi həmçinin Suriyada döyüşüb. Onun İran inqilabına zidd terror qruplaşması tərəfindən qətlə yetirildiyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər