“Rusiya qoşunları Xarkov vilayətini ələ keçirmək cəhdlərini davam etdirir, çünki bu, mühüm strateji bölgədir”.
Teleqraf.com xəbər verir ki, bunu Xarkov vilayətinin başçısı Oleq Sinegubov deyib.
Onun sözlərinə görə, rus qoşunları bölgəni ələ keçirmək fikrindən əl çəkməyiblər, çünki bu, onlar üçün Luqansk və Donetsk ərazilərində qoşunların artırılması üçün tramplin və dəhlizdir.
Eyni zamanda o əlavə edib ki, hazırda regionun şərq və şimal-şərq istiqamətlərində aktiv döyüşlər gedir. Ən təhlükəli ərazilər Volçanski, Kupyanski və İzyumski rayonlarıdır.