Müharibə və digər səbəblərdən evini tərk edən insanların sayı ilk dəfə 100 milyonu keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
2021-ci ildə Əfqanıstan, Konqo, Myanma, Efiopiya və Nigeriyadakı münaqişələr səbəbindən qaçqın və köçkünlərin sayı 90 milyon nəfərə çatıb. 2022-ci ildə isə Ukrayna münaqişəsi nəticəsində 8 milyon nəfər köçkün, 6 milyon nəfər qaçqına çevrilib.