Əfqanıstanın paytaxtı Kabildə yerləşən Beynəlxalq Humanitar Yardım və İnkişaf (IRD) təşkilatının ofisinə hücum təşkil edilib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir.
Rəsmi məlumatlarda 3 terrorçunun binaya yaxınlaşdığını, 1-cinin özünü partlatmasından sonra, digər ikisinin təhlükəsizlik qüvvələri ilə atışmada öldürüldüyünü qeyd edilir. Həmçinin hücum zamanı bir Nepal vətəndaşının da öldürüldüyü açıqlanıb.
Hücumu Taliban terror təşkilatı öz üzərinə götürüb.
Samir