ABŞ Prezidenti Co Bayden Asiya turnəsi çərçivəsində Cənubi Koreya və Yaponiyaya səfər edib.
Teleqraf.com xəbər verir ki, mühüm açıqlamalar verən Bayden Çinin Tayvana hücum edəcəyi təqdirdə, buna hərbi yolla cavab verəcəklərini bildirib.
“Belə bir öhdəlik götürdük. Tayvanın zorla ələ keçirilə biləcəyi fikri doğru deyil. Tayvanı müdafiə edəcəyik”, - ABŞ lideri vurğulayıb.
Bayden həmçinin əlavə edib ki, o, belə bir hadisənin baş verməməsini gözləyir.