23 May 2022 15:00
1 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğalçılar qondarma Krım ssenarisi üzrə Xerson bölgəsini ilhaq etmək istəyirlər. Amma hələ ki, “referendum” keçirməyi planlaşdırmırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Xerson şəhərinin meri İqor Kolıxayev deyib.

O, hazırda “referendum” hazırlığından əsər-əlamət olmadığını bildirib. Kolixayevin sözlərinə görə, Rusiya “xalq respublikası” yaratmaq fikrini dəyişib.

“Onlara daha “DNR”, “LNR” və ya “XNR” lazım deyil. Məncə, rusların iki yolu var. Birincisi Xersonu Krıma birləşdirməkdir. Ora Vladimir Saldonun timsalında “müvəqqəti rəhbər” təyin edə bilərlər. İndi Dumaya müraciət edərək, Xersonun Rusiyaya birləşdirilməsini istəmək daha asandır. Yeri gəlmişkən, artıq bu barədə eşitmişik”, - Kolixayev vurğulayıb.

Xerson meri deyib ki, ruslar beynəlxalq hüququ pozmağa hazırdırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər