İrəvanda revanşist müxalifətin tərəfdarları bu gün səhər saatlarında paytaxt küçələrində yürüşə başlayb.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, müxalifət tərəfdarları İrəvandakı Fransa meyanına toplaşırlar.
Eyni zamanda erməni parlamentində “Şərəfim var” fraksiyasının lideri, “Ana Vətən” partiyasının sədri Artur Vanetsyanın rəhbərlik etdiyi növbəti yürüş Azadlıq meydanından başlayıb.
Dünən gecə saatlarında parlamentin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan bildirib ki, bu gün səhər saat 08:00-da “Müqavimət hərəkatı” gün ərzində davam edəcək itaətsizlik aksiyalarına başlayacaq, axşam isə David Sasunski metrosu yaxınlığında aksiya olacaq.
Qeyd edək ki, aksiyanı özünü “Müqavimət hərəkatı” elan edən qurum həyata keçirir.