Rusiya “İskəndər-M” operativ-taktiki raket kompleksləri diviziyasını Belarusun Ukrayna ilə sərhədindən 50 kilometrədək məsafəyə köçürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargah Belarus Respublikası Silahlı Qüvvələrinin Brest və Qomel vilayətlərində Belarus-Ukrayna sərhədlərində müvafiq tapşırıqları yerinə yetirməkdə davam etdiklərini bildirib.
Məlumata görə, Rusiya “İskəndər-M” komplekslərini Brest bölgəsində yerləşdirib. Buradan Ukrayna sərhədinə qədər olan məsafə 50 kilometrdir.
Baş Qərargah rusların Ukrayna-Rusiya sərhədlərində də qoşunlarını gücləndirdiklərini açıqlayıb.