Ukrayna Donbasdakı qüvvələrə effektli komandanlığı saxlayır, amma Rusiya Luqansk bölgəsində müəyyən lokal irəliləyiş əldə edib. Amma rus qüvvələrinin qərbə irəliləməsi ordunun təchizatını çətinləşdirə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
İngilis kəşfiyyatının məlumata görə, rus qüvvələri Donbasda əməliyyatlarını gücləndirib, əsas diqqəti Severodonetsk, Lisiçansk və Rubijneni mühasirəyə almağa yönəldiblər. Eyni zamanda kəşfiyyat bildirib ki, ukraynalılar güclü müqavimət göstərirlər, qüvvələr mükəmməl təchiz edilmiş müdafiə mövqeləri tuturlar.
Ukraynanın Donbasda effektli komandanlıq və nəzarəti əlində saxladığı deyilib.
Məlumata görə, Rusiya artilleriya birləşmələrinin cəmləşməsi hesabına cüzi irəliləyiş əldə edib. İngilis kəşfiyyat xəbərdarlıq edib ki, Rusiyanın Severodonetski ələ keçirməsi bütün Luqansk vilayətinin işğalına səbəb olacaq. Amma bu, Rusiyanın bütün Donbası ələ keçirmək əməliyyatının yalnız bir hissəsidir.