24 May 2022 17:15
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna kəşfiyyatı Rusiyada açıq dövlət çevrilişini qeyri-real hesab edir, amma yaxın ətrafı Prezident Vladimir Putini əvəz edəcək şəxsi axtarır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Yaxın ətrafı, xüsusən də “maliyyə qanadı” müharibəyə görə çox şey itirib. Buna görə də çıxış yolu axtarırlar. Onlar üçün ən asan çıxış yolu Putini başqa birisiylə əvəzləməkdir. Onlar baş verənlərə görə bütün Rusiyanı yox, bir nəfəri – Putini günahlandırırlar. Bu səbəbdən açıq olmasa da, “kölgə çevrilişi” mümkündür”, - Budanov söyləyib.

Onun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin əksəriyyəti müharibənin tərəfdarıdır: “Amma ciddi itkiləri nəzərə aldıqda döyüşləri davam etdirməyə həvəsli deyillər”.

Budanov onu da deyib ki, Rusiyanın biznes elitası da, itkiləri nəzərə alaraq çıxış yolu tapmağa və hansısa yolla müharibəni bitirməyə çalışır.

“Onlar pul itirirlər, bunlar böyük pullardır. Ona görə də müharibəyə qarşıdırlar. Amma Putinlə bu barədə açıq danışmağa cəsarət etmirlər. Bununla belə, biznesmenlər və siyasətçilər arasında müzakirələr qızışıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər