24 May 2022 17:33
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin və İsrailə rəsmi səfərə gedən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu təyyarədə jurnalistlərə açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Çavuşoğlu ABŞ-la “F-16” müzakirələrinin normal şəkildə davam etdiyini bildirib.

Türkiyənin terrorizmi dəstəklədikləri üçün NATO-ya üzvlük müraciətlərinə qarşı çıxdığı Finlandiya və İsveçdən də danışan nazir deyib:

“İsveç və Finlandiya terrorizmə dəstəyi dayandırmalıdır, konkret addım üçün yazılı razılaşma istəyirik”.

Nazir Finlandiya və İsveçdən olan nümayəndə heyətlərinin bu gün axşam saatlarında Ankaraya gələcəklərini açıqlayıb. Sabah keçiriləcək görüşdə Türkiyə, Finlandiya və İsveç bir masa ətrafında bir araya gələcək.

NATO baş katibinin iştirakı ilə dördtərəfli görüşün də keçirilə biləcəyini deyən Çavuşoğlu bu təklifin alyansın baş katibindən gəldiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər