Rusiyanın Ukrayna ilə bağlı planları dəyişməyib, Vladimir Putin Ukraynanın bütün ərazilərini ələ keçirmək istəyir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“Baş plan dəyişməyib: Putinə bütün Ukrayna lazımdır, onu heç bir hissə maraqlandırmır. Təbii ki, üç aylıq hadisələrdən sonra planlarına əl gəzdirirlər. Artıq Rusiyada ictimai rəyi daha kiçik qələbələrə hazırlayırlar. Prinsipcə, əgər Donetsk, Luqansk və Xerson vilayətlərini ələ keçirə bilsələr, bu, onlar üçün qələbə sayıla bilər”, - Budanov bildirib.
Onun sözlərinə görə, Rusiya təkcə Avropa üçün yox, bütün dünyaya təhlükədir.
“Ciddi itkilər və hərbi uğursuzluqlardan sonra artıq öz cəmiyyətlərini Donetsk, Luqansk və Xersonun işğalına və əldə saxlanılmasına hazırlaşdırırlar. Bunun üçün B planı üzərində işləyirlər. Necə deyərlər, xalqın qarşısında etdiklərinə haqq qazandırmağa, məğlubiyyətlərini qələbə kimi göstərməyə çalışırlar”.