24 May 2022 20:09
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərb ölkələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər arasında müttəfiqlik münasibətlərini pozmaq üçün məqsədyönlü şəkildə çalışır. Biz müttəfiqlərimizə təzyiqləri bilirik. Gizli təhdidlər, şantaj və intriqalar davam edir".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu KTMT Müdafiə Nazirləri Şurasının iclasında deyib.

Onun fikrincə, bu vəziyyətdə KTMT üzvlərinə daha çox birlik lazımdır: "Eyni zamanda, Rusiya müttəfiqlərinə təhdidlərin neytrallaşdırılması və suverenliyin müdafiəsi üçün lazımi köməklik göstərəcək".


Müəllif: Nemət