25 May 2022 08:17
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Hulusi Akar qoşun növlərinin komandanlarının müşayiəti ilə İraqla sərhəddə terrorçularla qarşıdurma zamanı Türkiyə Silahlı Qüvvələrinin 3 əsgərinin şəhid olduğu, 4 əsgərin yaralandığı əraziyə gedib.

Teleqraf.com xəbər verir ki, aprelin 18-dən İraqın şimalında yerləşən üç bölgədə Pençe Kilit antiterror əməliyyatı davam edir.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, bölgədə hava şəraitinin pisləşməsinə baxmayaraq, aviasiyanın dəstəyi ilə terrorçulara qarşı zərbələr endirilir.

Səfərdə Hulusi Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunlarının komandanı Musa Avsever, Hərbi Hava Qüvvələrinin komandanı Həsən Küçükakyüz müşayiət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər