25 May 2022 09:39
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmməd Baqir Qalibaf 3-cü dəfə olaraq İran parlamentinin sədri seçilib.

Bu barədə Teleqraf.com İran parlamentinin informasiya portalına istinadən xəbər verir.

Məlumata görə, bu gün (25 may) keçirilən seçkilərdə Məhəmməd Baqir Qalibaf, Murtaza Ağa Tehrani və Feridun Abbasi parlament sədri vəzifəsinə namizədliyini irəli sürmüşdülər.

Qeyd olunur ki, səsvermədə 281 nəfər iştirak edib, 194 səslə Qalibaf yenidən sədr seçilib.


Müəllif: Teleqraf.com