25 May 2022 11:31
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı İsraillə normallaşma prosesinə girməyin yolunun Fələstin probleminin həll edilməsindən keçdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici işlər naziri Feysəl bin Fərhan Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında danışıb.

Onun sözlərinə görə, Fələstin məsələsi həll olunmayınca Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdırmayacaq.

Fərhan bu mövzuda heç bir şeyin dəyişmədiyini qeyd edib: “Normallaşma nəticə deyil, prosesin nəticəsidir”.

Ərəb diplomat Səudiyyə Ərəbistanının sülhün əldə edilməsi üçün ilk cəhdini etdiyini və İsraillə münasibətlərini tam normallaşdırmağa hazır olacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər