Ukraynada Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı alayının rota komandiri, kapitan Əsvad İdrisov öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Mərkəzi məlumat yayıb.
Bundan əlavə, alayın beşinci tağım komandiri, gizir Qapur Dakalov və alayın dördüncü tağım komandirinin müavini, baş serjant Əli Betişevin Ukraynada öldürüldüyü bildirilir.