ABŞ Ermənistan-Azərbaycan ikitərəfli sərhəd komissiyalarının ilk birgə iclasını alqışlayır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.
ABŞ Azərbaycan və Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir və regionda sülhün bərqərar olması üçün davamlı müsbət impuls və ikitərəfli dialoqa çağırır.