Rusiyada mart-aprel aylarında duzun qiymətinin qalxması 2006-cı il “duz böhranı”ndan sonra son 16 ildə yaşanan ən kəskin artım olub.
Teleqraf.com xəbər verir ki, Sənaye və Ticarət Nazirliyində artım erkən yazda ajiotaj tələbatla əlaqələndirilir, lakin gələcək üçün satın alındıqdan sonra satışlar adi səviyyəyə düşüb.
“Rosstat”ın məlumatına görə, bu ilin mart ayında mağazalarda 1 kq duzun qiyməti 2021-ci ilin eyni ayı ilə müqayisədə orta hesabla 23% artaraq 13,8 rubldan 17,07 rubla yüksəlib. Aprel ayında sosial əhəmiyyətli məhsulun qiyməti daha da, demək olar ki, 32% artıb. Belə ki, 1 kq duzun qiyməti 13,9 rubldan 18,3 rubla yüksəlib.