26 May 2022 14:23
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

“DDT”nin solisti və rəhbəri Yuri Şevçuk qrupun Rusiyada konsert fəaliyyətini dayandırdığını elan edib.

Teleqraf.com xəbər verir ki, solisti və rəhbəri Yuri Şevçuk bunu “Qostinnıy dvor” proqramında bildirib.

“Tümendə konsert daha yaxşı vaxtlara qədər təxirə salındı, Kurqanda isə ümumiyyətlə ləğv edildi. Bəziləri deyir ki, pulu qaytara bilmirlər – bu doğru deyil, yalandır!”, - deyə Şevçuk qeyd edib.

Sənətçi etiraf edib ki, dinləyici itirmək xoşagəlməzdir, amma kimin yaradıcılığı ilə maraqlanacağına və ilham alacağına hər kəs özü qərar verir.

“Biz hamı üçün oxuyuruq, mənim üçün insan dəyər deməkdir, mənim üçün o insanın harada yaşamasının fərqi yoxdur. Mən insanlar üçün işləyirəm. Doktor Lizanın fondu vasitəsilə Donbass uşaqlarına pul köçürdüm, indi pulsuz işləyirəm, bütün qonorarı ehtiyacı olanlara köçürürəm”, - deyə o qeyd edib.

Bundan əvvəl Ufada keçirilən konsertdən sonra Yuri Şevçuka inzibati protokol tərtib edilib. O, çıxışı zamanı Ukraynada keçirilən xüsusi hərbi əməliyyatı tənqid edib, eyni zamanda “vətən” anlayışına öz tərifini verib. “Vətən – vağzalda kartof satan kasıb nənədir. Vətən budur”, - Şevçuk səhnədən bildirmişdi.

Konsertdən sonra hüquq-mühafizə orqanlarının nümayəndələri səhnə arxasına gələrək Şevçukla söhbət ediblər. “DDT”nin prodüseri Radmir Usayev izah edib ki, Şevçukla bir saata yaxın konsert, onun istiqaməti və bəyanatları haqqında danışılır.

“DDT” 1980-ci ilin yayında Ufada yaradılmış sovet, daha sonra isə Rusiya rok qrupudur. Qrupun lideri, əksər mahnıların müəllifi və yeganə dəyişilməz üzvü Yuri Şevçukdur.


Müəllif: Səxavət

Oxşar xəbərlər