26 May 2022 14:50
2 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Budapeşt Rusiyanın Ukraynaya qarşı müharibəsindən istifadə edərək, faktiki olaraq Avropa Birliyini şantaj edir. Bununla belə, Ukraynanın Macarıstana təsir rıçaqları var.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna energetika nazirinin müavini Alyona Zerkal deyib.

“Macarıstanın Avropa Birliyinin fondlarına olan iştahı hər gün artır”, - Zerkal bildirib.

Ukrayna rəsmisi əlavə edib ki, Avropa Komissiyası siyasətini dəyişməli və investisiyalara icazə verməli, Avropanın vəsaitlərini yeni boru kəmərinin tikintisi üçün istifadə etməli, neft emalı zavodlarının yenidən təchiz edilməsini nəzərə almalı idi.

“Ukraynanın əlində gözəl bir rıçaq var – “Drujba” neft kəməri”, - deyən Zerkal bu kəmərinin bir xəttinin Macarıstana getdiyini və bundan ona qarşı istifadə edilə biləcəyini vurğulayıb.

Alyona Zerkal Ukrayna hökumətinin Macarıstan Baş naziri Viktor Orbanın anladığı dildə danışmalı olduğunu deyib.

Qeyd edək ki, Orban hökuməti Avropa Birliyinin Rusiyaya qarşı növbəti sanksiyalar paketinə etiraz edib. Eyni zamanda, Budapeşt ölkənin hazırda Rusiya qazından imtina etmək imkanının olmadığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər