“Fələstin prezidenti Mahmud Abbas Qüdsdən imtina edib”.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə “HƏMAS” hərəkatının siyasi büro üzvü Mahmud Əz-Zehhar açıqlama verib. Onun sözlərinə görə, dövlətin tarixi Fələstin torpaqlarının 22 faizi üzərində qurulmasının qəbul edilməsi Qüdsdən imtina kimi başa düşülür.
Zəhhar ”HƏMAS” ın bununla heç zaman razılaşmayacağını və daim mübarizə aparacağını bildirib.
Samir