26 May 2022 16:16
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiyadan qaz nəqlindən imtina etməyi planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Mövlud Çavuşoğlu deyib: “Türkiyənin heç bir problemi yoxdur və hələlik enerji təhlükəsizliyi nöqteyi-nəzərindən Rusiyadan qaz almamaq qərarı mövcud deyil”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə ticarət əlaqələrinin strateji məsələ olduğunu, Ankaranın Moskva ilə əlaqələri kəsmək niyyətində olmadığını bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər