26 May 2022 20:54
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirill Budanov Azovstalın müdafiəçiləri üçün etdikləri yardımlar barədə danışıb.

Teleqraf.com xəbər verir ki, o, Amerikanın “The War Zone” hərbi nəşrinə müsahibəsində qeyd edib ki, ümumilikdə 16 dəfə "Mi-8" hərbi helikopterləri "Azovstal"dakı döyüşçülərə yardım aparıb. Bir dəfə isə 72 döyüşçü ilə geri qayıdıblar.

“Xüsusi əməliyyat Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mütəxəssisləri tərəfindən hazırlanıb. Hər dəfə helikopterlər "Azovstal"ın müdafiəçiləri üçün lazımi əşyaları uğurla çatdırırdılar . Lakin beşinci və yeddinci missiyalar zamanı iki helikopter vuruldu. Vurulmuş iki helikopterdən birinin ekipajını xilas etmək üçün uçan başqa bir helikopter də vuruldu ".

General onu da bildirib ki, hər missiyada iki helikopter uçub və "Azovstal"dakı döyüşçülərə ərzaq, içməli su, dərman və sursat daşıyıb . Buna baxmayaraq, bir missiya zamanı dörd helikopter bir anda havaya qalxdı. Həmçinin, növbəti missiya zamanı vertolyotlar Azov Milli Qvardiya Alayından 72 döyüşçü gətirdi".


Müəllif: Teleqraf.com