"Rusiya sanksiyalar götürüləcəyi təqdirdə Avropaya taxıl və gübrə ixrac etməyə hazırdır".
Teleqraf.com Kremlin rəsmi saytına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İtaliyanın baş naziri Mario Draqi ilə telefon danışığı zamanı bildirib.
Söhbət zamanı Putin Rusiyanın ərzaq böhranının həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb: "Bunu taxıl və gübrə ixracı hesabına həyata keçirə bilərik. Bir şərtlə ki, Qərb dövlətlərinin siyasi motivli məhdudiyyətləri Rusiyadan götürülsün".