27 May 2022 20:38
1 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında əməliyyat açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, amerikalı diplomat bunun ABŞ və Rusiya ilə əldə edilmiş bəzi razılaşmaları pozacağını iddia edib.

Cefri həmçinin Prezident Ərdoğanın öz ölkəsinin təhlükəsizliyindən məsul olduğunu vurğulayaraq, PKK terror təşkilatının uzun müddətdir Türkiyəyə təhlükəsizlik təhdidi yaratdığını deyib.

Cefri həmçinin ABŞ-ın Suriyanın şimal-şərqində əməkdaşlıq etdiyi YPG-nin Türkiyəyə birbaşa təhdid yaratmayacağına dair öhdəlik götürdüyünü və son beş ildə Şimal-Şərqdən bir hadisə istisna olmaqla, hər hansı bir hücumun olmadığını iddia edib.

Amerikalı diplomat Suriyanın şimalındakı hazırkı vəziyyəti “dondurulmuş münaqişə” adlandırıb:

“Ruslarla davam edən təmaslarım göstərir ki, Moskva Suriyadakı mövqeyini qorumağa davam edəcək. Hazırda “dondurulmuş münaqişə” vəziyyəti mövcuddur. Regionda ABŞ, Türkiyə və İsrail var, müəyyən səviyyədə YPG və “Təhrir əl-Şam” da mövcuddur. Bu, çox mürəkkəb mənzərədir.

Bütün bunların hamısı Əsədin daha çox ərazi ələ keçirmək səylərinin əleyhinədir. Əsəd 2018-ci ildən bəri bir qarış da ərazi ələ keçirə bilməyib. Əlbəttə bütün bunlar rusların xoşuna gəlmir, amma belə də yaşaya bilərlər. Rusiya Suriya qarşısındakı öhdəliklərini azaltmayacaq. Çünki bu, onlar üçün strateji məsələdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər