28 Noyabr 2014 14:42
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Tunceli bölgəsinə səfər edən Milllətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı baş nazir Əhməd Davudoğluna cavab verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, “Cəsarətin varsa, Tunceli gedərsən” deyən Davudoğluna səslənən Baxçalı nazirin ağılını itirdiyini deyib: “Bax, Tuncelidəyəm. Bizim vətən torpaqlarında getmədiyimiz və ya gedə bilməyəcəyimiz bir yer yoxdur. Türkiyənin hər qarışında dəqiqəmiz, yaddaşımız, iddiamız var. Bu təklfiləri verən baş nazir istefa etməlidir”.

MHP lideri 20-ci əsrdə Tuncelidə baş verənləri də şərh edib: 1937-38-də Tuncelidə baş verənlər üsyandır. Bu üsyana qarışmayanlar da dövrün separatçı terrorçularıdır. Terrorçunun dini, milliyəti, soyu əhəmiyyətli olmayacaq”.

Davutoğlu isə bu gün verdiyi açıqlamada Baxçalını tənqid edib: “Baxçalı Tunceliyə getmək üçün bizim təklifimizi gözləyirdi. Baxçalının baş naziri istefaya çağırmağa isə haqqı yoxdur”.

Bu arada Baxçalının səfəri ilə əlaqədar bölgədə etiraz aksiyaları başlanıb. Polis MHP sərdinin təhlükəsizliyini təmin etmək məqsədilə nəzarəti gücləndirib.

Samir


Müəllif:

Oxşar xəbərlər