28 May 2022 13:29
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Ukraynaya yardımı deyil, məktəblərin təhlükəsizliyinin maliyyələşdirilməsini prioritet hesab etməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texas ştatında 19 məktəblinin öldürülməsi ilə yadda qalan olaya münasibət bildirərkən deyib.

“Əgər ABŞ Ukraynaya milyardlarla pul göndərə bilərsə, evdə uşaqlarımızın təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edə bilməliyik”, - eks-prezident qeyd edib.

Tramp ABŞ hökumətinin bir sıra ölkələrdəki uğursuz hərbi əməliyyatlarına trilyonlarla dollar xərclədiyini söyləyib:

“İraq və Əfqanıstanda trilyonlarla pul xərcləmişik və bunun müqabilində heç nə əldə etməmişik. Dünyada dövlətlər qurmazdan əvvəl öz ölkəmizdə uşaqlarımız üçün təhlükəsiz məktəblər tikməliyik”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresi Ukraynaya 40 milyard dollar həcmindən hərbi yardımın verilməsinin lehinə səs verib. ABŞ Rusiya ilə müharibə başlayandan bəri Ukraynaya təxminən 54 milyard dollar göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər