28 May 2022 20:06
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi üzrə vitse-kansleri Robert Habek Berlinin Ukraynaya hərbi yardım göstərmək çərçivəsində kifayət qədər tədbirlər gördüyünü, lakin Kiyevin bütün istəklərini yerinə yetirə bilməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, vitse-kansler bunu “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Ukrayna əsgərlərinə “PzH 2000” özüyeriyən haubitsalarını idarə etmək üçün təlimlər keçirilir.

“Yaxın vaxtlarda Almaniya bu silahları Ukraynaya tədarük edəcək, ona görə də Almaniyanın heç nə və ya az tədarük etməsi doğru deyil. Düzdür, Berlin Ukraynanın bütün istəklərini yerinə yetirə bilməz”, - deyə Habek bildirib.

Bundan əvvəl Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik bildirmişdi ki, Ukrayna tərəfində Almaniya kansleri Olaf Şoltsun Ukraynaya ağır silahlar vermək istəmədiyi təəssüratı yaranıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər