28 May 2022 19:16
2 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri Ukraynanın işğal edilmiş Mariupol şəhərindəki 65 saylı orta məktəbi açıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Mariupol merinin köməkçisi Petro Andryuşenko məlumat verib.

Onun sözlərinə görə, ruslar valideynləri məktəbdən zibilləri çıxarmağa və pəncərələri plyonka ilə bağlamağa məcbur ediblər.

“Məktəbdə uşaqlar üçün yemək yoxdur. Elektrik bir generatordan verilir. Kompüter avadanlığı yoxdur, dil-ədəbiyyat, riyaziyyat və sair fənlər rus dilində aparılır”, - Andryuşenko bildirib.

Onun sözlərinə görə, məktəbin məzunlarına işğal edilmiş Donetskdəki qondarma respublikanın diplomları vəd edilir və Rusiyanın iqtisadi cəhətdən depressiyaya uğramış regionlarında yerləşən və ruslar arasında belə tələbat olmayan Rusiya universitetlərinə qəbul təklif olunur.

“Sovet İttifaqı Mariupola orta əsrlərin və totalitarizmin bütün parlaq rənglərində qayıdıb. Mariupolun adı Jdanovla dəyişdirilsə, “Leninqrad cəlladı”nın büstü də qoyulsa, hər şey tam olacaq”, - merin köməkçisi qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər