Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Almaniyanın federal kansleri Olaf Şoltsla telefon danışığı baş tutub. Bu formatda təmasların davamında Ukraynadakı vəziyyətin aktual aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.