29 May 2022 21:38
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir məhkəməsi prezidentliyə keçmiş namizəd Abdel Moneym Əbu əl-Futuhu 15 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf.com xəbər verir ki, o, milli maraqlara zərər vurmaqda və qanunvericiliyi pozaraq yaradılmış qruplaşmaya rəhbərlik etməkdə ittiham olunur.

İşə baxan Ali Cinayət Məhkəməsi “Müsəlman Qardaşlar”ın liderlərindən biri Mahmud İzzət də daxil olmaqla, daha 6 müttəhimə oxşar hökmlər çıxarıb.

Abdel Moneym Əbu əl-Futuh keçmişdə “Müsəlman Qardaşlar”ın liderlərindən biri olub. O, 2018-ci ildə Londondan qayıdandan az sonra həbs edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər