30 May 2022 12:02
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin son Asiya turnesi – Cənubi Koreya və Yaponiyaya səfəri üç mövzu ətrafında fokuslaşmışdı: Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə qarşı bölgə ölkələrinin birliyini möhkəmləndirmək, Şimali Koreyanın nüvə hədəsinin qarşının alınmasını təmin etmək və Çinin bölgədə artan hərbi gücünü cilovlamaq, o cümlədən Tayvan adasının Pekinin nəzarətinə keçməsini önləmək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilib.

Məqalədə qeyd edilib ki, Baydenin Tokioda keçirdiyi dördlü sammit (ABŞ, Yaponiya, Hindistan və Avstraliya) də Çinin bölgədə artan hərbi gücünün neytrallaşdırılması yollarının müzakirəsinə həsr olunmuşdu:

“Bəllidir ki, hadisələrin bu istiqamətdə gedişatı Pekini narahat etməyə bilməz. Çin lideri Si Cinpin Asiya və Sakit okean bölgəsi ölkələrinə müraciət edərək bu dövltələrin bölgədəki sülhə məsuliyyət daşıdıqlarını bildirib. Si Cinpin yazılı müraciətini ölkəsi də daxil olmaqla bölgənin ada ölkələrinin xarici işlər nazirlərinin ikinci zirvə görüşünə göndərib.

“Bölgədə sülhüm təmin olunması ümumi vəzifəmizdir” deyən Çin lideri ölkəsinin əsas strateji hədəflərindən birinin Asiya və Sakit okean ölkələri ilə tərəfdaşlığı genişləndirmək olduğunu və bunun qarşılıqlı hörmətə əsaslandığını bildirib. Cinpin deyib ki, Çin bərabərhüquqlu tərəfdaşlıq ideyasını müdafiə edərkən ölkələrin böyüklüyü və kiçikliyini əsas götürmür: “Çin ada dövlətlərinin əsas dostudur”.

Beləliklə, Pekin ABŞ-Yaponiya-Hindistan-Avstraliya formatına qarşı özünün tərəfdaş qrupunu formalaşdırmaq istəyir. Pekinin ümudi kiçik ada dövlətlərinədir. Buna görə Cinpin məktubunda “kiçik ada dövlətləri” terminini işlədib. Çünki Asiya və Sakit okean bögləsinin böyük dövlətləri Çinlə münasibətlərdə ehtiyatlı mövqe nümayiş etdirirlər. Böyük dövlətlərdən fərqli olaraq, bölgənin kiçik ada dövlətlərinin yatırımlara ehtiyacları var. Həmin yatırımları isə Çin təklif edib. Ancaq Pekin yatırımla yanaşı, kiçik ada dövlətlərinə hərbi əməkdaşlıq da təklif edib. Bunun ardınca isə həmin dövlətlərdə Çinin hərbi bazalarının yaradılması mövzusu aktuallaşıb. Bölgənin böyük dövlətlərini qorxudan da budur”.

Məqalədə vurğulanıb ki, Pekin Avropa istiqamətində də fəallığı azaltmayıb:

“Çin lideri fransalı həmkarı Emmanuel Makronla son telefon söhbəti zamanı Avropanı öz təhlükəsizliyinə cavabdeh olması gərəkliyini bildirib. Pekin bununla Kremlin siyasətini təkrarlayıb. Rusiya Prezidenti Vladimir Putin o fikirdədir ki, Avropa ABŞ-ın nəzarəti altındadır və Vaşinqtonun təlimatlaryıla hərəkət edir. Cinpin Putinin dediyini təkrarlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər