Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev iyunun 5-də keçiriləcək referendumda ölkə konstitusiyasına düzəlişləri dəstəkləyəcək. Bu düzəlişlə Nazarbayevin statusu ilə bağlı bəndlər konstitusiyadan çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazarbayev qazax siyasi analitik Daniyar Aşimbayevə müsahibəsində danışıb.
“Bəli, iyunun 5-də konstitusiyanın mənə verdiyi hüquqdan mütləq istifadə edəcəyəm və referendumda iştirak edəcəyəm. Bu illər ərzində onun (Prezident Qasım-Jomart Tokayevin) xalqın rifahına yönəlmiş addımlarını, islahathərını və ölkəmizin inkişafına hesablanmış qərarlarını hər cür dəstəkləmişəm. Bu dəfə də dəstəkləyəcəyimə şübhəniz olmasın”, - eks-prezident deyib.
Nazarbayev həmçinin qeyd edib ki, prezidentlikdən getdikdən sonra səlahiyyətlərinin saxlanılması maneəsiz siyasi keçid və cəmiyyətdə və hakim elitada mümkün ziddiyyətləri yumşaltmaq üçün zəruri idi.