30 May 2022 13:51
3 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt rəsmi “Tvitter” hesabında onların hökumətinin Belarusun adını rəsmən dəyişdirdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, norveçli nazir deyib: “Bu gündən etibarən, Belarusla Beynəlxalq Həmrəylik Günündə biz artıq Norveç dilinə Hviterussland (Belarusun köhnə adı) adından istifadə etməyəcəyik. Mən dünən bu barədə demokratik hərəkatın lideri Svetlana Tixanovskayaya məlumat verməkdən məmnun oldum”.

Beləliklə, Belarusun adı Norveçin rəsmi sənədlərində Hviterussland deyil, Belarus adlandırılacaq. Norveç dlində hvite – “ağ”, Russland – “Rusiya” deməkdir.

S.Tixanovskaya Norveç hökumətinin qərarını alqışlayıb və bu addımın sadəcə simvolik deyil, daha çox məna daşıdığını bildirib.

Qeyd dək ki, 2019-cu ildə İsveç Belarusun adının dəyişdirilməsi barədə qərar qəbul edib. Keçən il isə Danimarka belə bir addım atıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər