30 May 2022 18:15
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna ilə sərhədə - Kursk vilayətinə qoşun yeridir. Sumı rayonu ərazisinə artilleriya və raket sistemləri gətirildiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoit məlumat verib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin çoxlu sayda şəxsi heyəti, artilleriya və raket sistemləri və əlavə silahlar artıq bölgədədir.

“Hər şey Kursk vilayətinin sakinlərinin dincliyini və gündəlik həyatını, eləcə də təhlükəsizliyini təmin etmək məqsədi daşıyır”, - Starovoit deyib.

Bundan əvvəl bildirilib ki, Rusiya Bryansk və Kursk vilayətlərinin sərhədyanı rayonlarında əlavə atəş mövqeləri və müdafiə strukturları təchiz etməyə başlayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın bu iki regionun ərazisindən hücumu bərpa etməyə hazırlaşdığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər