Kiyev meriyası Ukrayna paytaxtının Moskva küçəsinin adının Şarl de Qoll, Paris və ya Fransız küçəsi kimi dəyişdirilməsi ilə bağlı Fransa hakimiyyətinin müraciətinə baxır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
“Prezident Emmanuel Makronun administrasiyası Kiyev hakimiyyətinə üç mümkün variant təklif edir: Şarl de Qoll küçəsi, Paris küçəsi və ya Fransız küçəsi”, - Narışkin deyib.
Kəşfiyyat şefi bildirib ki, belə bir addım iki ölkə arasında xüsusi münasibətlərin yüksək səviyyəsini əks etdirməlidir.