31 May 2022 00:57
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Suriyanın şimalında YPG/PKK terror təşkilatına qarşı Türkiyənin mümkün hərbi əməliyyatı ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Xətibzadə İranın antiterror əməliyyatlarına qarşı olduğunu bildirb.

O, Türkiyənin Suriyada mümkün hərbi əməliyyatı ilə bağlı sualı cavablandırarkən deyib: “İran fikir ayrılıqlarını aradan qaldırmaq üçün başqa ölkələrin ərazisində istənilən hərbi əməliyyata və güc tətbiqinə qarşıdır”.

Belə bir əməliyyatın Suriyanın “ərazi bütövlüyünün və suverenliyinin pozulması” olacağını iddia edən Xətibzadə Türkiyənin mümkün hərbi əməliyyatının “vəziyyəti çətinləşdirəcəyi və gərginliyi artıracağını” deyib.

İran Suriya ərazisində fəaliyyət göstərən bir sıra terror qruplaşmalarını dəstəkləyir. Bundan başqa, İran Rusiya ilə yanaşı, Əsəd rejiminin əsas dəstəkçilərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər