Qədim Misirdə yaşayış məntəqəsi kimi istifadə edilən və kral məzarlarının yerləşdiyi tarixi Saqqara bölgəsində arxeoloji tədqiqatlar zamanı eramızdan əvvəl 500-cü ilə aid 250 mumiya və 150 heykəl tapılıb.
Teleqraf.com xəbər verir ki, arxeoloqlar bunun 2018-ci ildən bəri Saqarada ən böyük kəşf olduğunu bildiir.
Eramızdan əvvəl 500-cü ilə aid 250 taxta rəngli tabutun içindəki mumiyaların yaxşı qorunduğu qeyd edilir.
Qəbirlərdən birində “Ölülər kitabı”na aid olduğu güman edilən papirus tapılıb. Papirus araşdırılmalar üçün Qahirə muzeyindəki laboratoriyaya göndərilib.
Qeyd edək ki, "Ölülər Kitabı" qədim Misirdə dəfn mərasimlərində istifadə edilən dini kitab kimi tanınır.