31 May 2022 08:03
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla TürkiyəPrezidentinin sözçüsü İbrahim Kalın arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, telefon söhbəti zamanı İsveç və Finlandiyanın NATO-ya üzv olmaq müraciətlərini, həmçinin Kiyevə dəstək və Ukraynanın kənd təsərrüfatı məhsullarının dünyaya ixracı problemlərini müzakirə edib.

"Sallivan ABŞ-ın qətiyyətlə dəstəklədiyi NATO-ya üzvlüklə bağlı Türkiyənin narahatlıqlarını həll etmək üçün Türkiyənin Finlandiya və İsveç ilə davam edən birbaşa danışıqlarına dəstəyini ifadə etdi", - deyə Ağ Evin yaydığı məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər