Pakistan Baş naziri Şahbaz Şərif 31 may-2 iyun tarixlərində geniş nümayəndə heyəti ilə Türkiyədə səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, bu, vəzifəsinə başladıqdan sonra ilk səfərini Türkiyəyə edəcək Şərif Prezident Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşəcək, eləcə də heyətlərarası görüşə qatılacaq.
Görüşlərdən sonra iki liderin birgə mətbuat konfransı keçirəcəyi, Pakistan-Türkiyə ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacağı bildirilib
Bundan əlavə, Pakistanın aparıcı şirkətlərinin nümayəndələrindən ibarət işgüzar nümayəndə heyəti Türkiyəyə səfər edəcək.