28 Noyabr 2014 19:28
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya polisi gəncləri radikallaşdırmaqda və Suriyadakı döyüşlərə cəlb etməkdə şübhəli bilinən 13 nəfəri həbs edib, prokurorluq bildirir.

Xəbərlərə əsasən Vyana, Lints və Grats şəhərlərində 500 polisin iştirakı ilə həyata keçirilən əməliyyat zamanı məscid, mənzil və ibadət otaqlarında axtarışlar aparılıb.
Prokurorlar reydlər vaxtı “təbliğat materiallarının” müsadirə olunduğunu bildirirlər.

Avstriya hüquq-mühafizəçilərinin əməliyyatı Suriyadakı cihadçılara qoşulan şəxslər əleyhinə Avropa İttifaqının tədbirlərinə təsadüf edib.

Rəsmi açıqlamada cümə günü səhər çağlarında keçirilmiş axtarışlarla bağlı 16 adamın sorğu-sual edildiyi deyilir. Prokurorluq terrorçu qrupuna üzv olmaqda şübhəli bilinən 13 adamın həbs edildiyini bildirib.

Yerli media həbs edilənlər arasında əsas şübhəli sayılan Bosniyalı xətibin olduğunu qeyd edir. Axtarışlar vaxtı polisin “təbliğat materialları” ilə yanaşı, elektron materiallar, nağq pul və bürünc beşbarmağın aşkar etdiyi xəbər verilir.

İslam Dövləti kimi cihadçı qruplara qoşulmaq üçün yüzlərlə avropalı müsəlmanın Suriyaya yollandığı güman edilir. Avropa İttifaqı ölkələri radikallaşmanın qarşısını almağa və Suriyadan qayıdan cihadçılardan irəli gələn təhlükə əleyhinə yönələn addımlar atırlar.


Müəllif:

Oxşar xəbərlər