2 İyun 2022 12:58
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya müharibə başlayandan bəri uşaq evləri və ailələrindən ayrılanlar da daxil olmaqla, 200 min ukraynalı uşağı zorla oğurlayıb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“98 günlük Rusiya işğalı zamanı işğalçıların hücumları nəticəsində 689 uşaq yaralanıb. Bunlar yalnız bildiyimizdir. Hələlik işğal olunmuş bölgələrdən bütün məlumatlara malik deyilik. Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, ölkədən çıxarılanlara Ukraynanı unutdurmaq və onların geri qayıtmasının qarşısını almaqdır”, - prezident bildirib.

Zelenski qeyd edib ki, Ukraynadakı müharibə indiyədək 243 uşağın ölümü, 446-nın yaralanması və 139-nun itkin düşməsi ilə nəticələnib.


Müəllif: Mənsur Rəğbətoğlu